Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Polşa Konstitusiya Məhkəməsinin sədri Boqdan Sveçkovski və onun müavini Bartlomey Sohanski vəzifələrindən uzaqlaşdırılıb.
“BUTA.TV” xəbər verir ki, bu qərardan dərhal sonra ölkədə siyasi gərginlik pik həddə çatıb, məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb.
Hazırda məhkəmənin idarəçiliyini ən yüksəkvəzifəli hakim Anna Korvin-Piotrovska üzərinə götürüb.
Məhkəmə rəhbərliyinin kənarlaşdırılması diplomatik qalmaqala da səbəb olub. Polşanın Pekindəki səfiri Yakub Kumoç ölkədə baş verənlərə etiraz olaraq dərhal istefa verib və səfir kimi fəaliyyətini davam etdirə bilməyəcəyini bəyan edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə diplomata sərt cavab verərək onun səlahiyyətlərinin qeyri-peşəkar şəkildə başa çatdığını və artıq dövləti təmsil etmədiyini bildirib.
Qərarın elan olunmasından sonra müxalifətdə olan Hüquq və Ədalət Partiyası (PiS) lideri Yaroslav Kaçinski, keçmiş baş nazir Mateuş Moravetski və məhkəmənin sabiq sədri Yuliya Pjılebska da daxil olmaqla, çox sayda insan binanın qarşısına toplaşıb. Hasarları aşmağa çalışan və hüquq-mühafizə əməkdaşlarına müxtəlif əşyalar atan etirazçılardan 3 nəfər saxlanılıb.
Baş nazir Donald Tusk isə kənarlaşdırma qərarını müdafiə edib: “Qanunun aliliyini bərpa etmək bizim borcumuzdur. İllərlə davam edən qanunsuzluqdan sonra bu, qətiyyətli addımlar tələb edən ağrılı bir prosesdir”.
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA