Yolun ortasındakı təhlükəli lyuk sürücüyə baha başa gəldi — Sakin aidiyyəti qurumlara səsləndi
Video
Quba şəhərində avtomobil yolunun ortasında yerləşən və qapağı nasaz vəziyyətdə olan lyuk təhlükə mənbəyinə çevrilib. Sakin Elxan Hüseynlinin sözlərinə görə, avtomobili həmin lyukun üzərindən keçərkən quyuya düşüb və nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
BUTA.TV xəbər verir ki, Quba sakini Elxan Hüseynli hadisə ilə bağlı sosial şəbəkədə video paylaşıb. O, yolun hərəkət hissəsinin ortasında yerləşən lyukun qapağının təhlükəli vəziyyətdə olduğunu göstərərək aidiyyəti qurumların diqqətini problemə yönəldib.
Sakin bildirir ki, lyukun bu vəziyyətdə qalması təkcə avtomobillər üçün deyil, piyadalar üçün də ciddi təhlükə yaradır. Xüsusilə gecə saatlarında yolun ortasındakı nasaz lyuku görməyən şəxsin quyuya düşməsi ağır nəticələrə səbəb ola bilər.
Hadisə bir daha yollardakı bu cür nasazlıqların vaxtında aradan qaldırılmasının vacibliyini gündəmə gətirir. Belə təhlükəli vəziyyətlərin qarşısının alınması üçün lyukun qapağının təmir edilməsi və ya təhlükəsiz vəziyyətə gətirilməsi zəruridir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"