ABŞ Sergey Lavrovun Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq barədə tələbini rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Lavrovun BMT TŞ-dəki çıxışını şərh edərkən danışıb.
“Rusiyanın təhlükə kimi qəbul etdiyi şey onun sərhədlərində fəaliyyət göstərən demokratiyadır. Bu isə sadəcə olaraq, legitim nəticə deyil”, - Miller bildirib.
ABŞ rəsmisi hərbi təhlükənin olmadığını, heç kimin Rusiya ərazisini işğal etməklə hədələmədiyini, ona görə də Lavrovun Qərbdən gələn təhlükə ilə bağlı fikirlərini rədd etdiklərini qeyd edib. Miller Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün Kiyevlə işlədiyini vurğulayıb.
Qeyd edək ki, Lavrov BMT TŞ-də çıxışı zamanı Moskvanın Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağı təklif etdiyini bildirib. O vurğulayıb ki, siyasi və diplomatik nizamlanmanın Qərb və Avro-Atlantik istiqamətdən Rusiyaya qarşı təhdidlərin ortadan götürülməsi üçün konkret addımlarla müşayiət olunması vacibdir.
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
- Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb