Demokratlar Trampa qarşı araşdırmaya başlayacaq
Əgər Demokratlar Partiyası aralıq seçkilərində qalib gəlsə, onun nümayəndələri ABŞ Prezidenti Donald Trampın fəaliyyəti ilə bağlı bir sıra genişmiqyaslı araşdırmalara başlamağı planlaşdırırlar.
BUTA.TV xəbər verir ki, bunu konqresmen Robert Qarsiya deyib.
“Mümkün qanun pozuntularının miqyası Nümayəndələr Palatasındakı bütün demokratların prosesə cəlb olunmasını tələb edə bilər.
O qədər çox korrupsiya və fırıldaqçılıq halları var ki, lazımi araşdırmaların aparılması palatadakı bütün demokratların iştirakını tələb edəcək. Biz bütün bu məsələləri müzakirə edirik", - o bildirib.