10 günə 100 min özbək Rusiyanı tərk etdi
Son 10 gün ərzində təxminən 100 min özbək Rusiyanı tərk edib.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan Miqrasiya Agentliyi məlumat yayıb.
“2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Özbəkistanın 96 415 vətəndaşı Rusiyadan vətənə qayıdıb.
Onlardan 54 885 nəfəri birbaşa Rusiyadan, digər 41 530 vətəndaş isə Qazaxıstan vasitəsilə geri dönüb”, - məlumatda qeyd olunub.
İqtisadçılar bu axını eyni vaxtda bir neçə amillə – Rusiyada aşağı əmək haqları, ölkədəki qeyri-sabit vəziyyət və təhlükəsizlik təhdidləri ilə əlaqələndirirlər.