Rusiya Ukraynada daha bir nəhəng dərman anbarını vurdu
Rusiya Kiyevin Borispol rayonunda yerləşən “Universal Logistik” dərman şirkətinə məxsus nəhəng anbarı vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində 21 min kv.m sahəsi olan anbarda yanğın baş verib.
Qeyd edək ki, Rusiya sentyabrın 3-də “Biokon” dərman şirkətinin də anbarını vurmuşdu.