Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Sovet lideri Nikita Xruşşov faktiki olaraq RSFSR-in tərkibində olan Krımı Ukraynaya verib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Monqolustanın “Onoodor” qəzetinə müsahibəsində deyib.
Putinin sözlərinə görə, Ukraynadakı mövcud vəziyyətə bütün xarici, eləcə də daxili amillər kompleksi təsir edib və SSRİ rəhbərlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri də mənfi rol oynayıb:
“1954-cü ildə Xruşşov faktiki olaraq Ukraynaya RSFSR-in tərkibində olan Krımı verib. SSRİ tərkibindəki respublikaların sərhədləri proletar zərurətindən irəli gələrək özbaşına bölünürdü. Beləliklə, əsasən rusların məskunlaşdığı sənaye Donbası Ukraynaya verilib”.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər