İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.
BUTA.TV xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10/6 kV-luq "Səmədabad" yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri görüləcək.
Buna görə də sabah saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.
Həmçinin Cəlilabad EŞ ərazisində yerləşən 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərinə elektrik verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin olunacaq.
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video