"Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
Şirkətdən BUTA.TV-a verilən məlumata görə, Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın. "Azərbaycan Hava Yolları" ilə yeni üfüqlər kəşf edin!
- MİQ imtahanının başlayacağı tarix açıqlandı
- Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video