Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia bildirib.
O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.
“Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq”, - deyə Araxamiya öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.
Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib.
- Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
- 34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı
- İrana qarşı iqtisadi müharibə elan etdi
- Bu gün 5 rayonda işıq olmayacaq
- Universitetə qəbul: Plan yerləri niyə azdır? - Video
- Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Fotolar
- Sabah Naxçıvanın bu ərazilərində işıq olmayacaq
- “Sabah” Bakıya məğlub qayıdır - Video-Yenilənib