Ədirnədə yaşayan və müəmmalı şəkildə öldürülən Narın Güranın divara çəkdiyi portreti ilə Azərbaycan və Türkiyə ictimaiyyətinin diqqətini çəkən azərbaycanlı rəssam Xətai Abdullayevin Kult.az-a müsahibəsi:
- İllər əvvəl Özgəcan Aslanın portretini çəkdiyiniz divara bu yaxınlarda Narın Güranın şəklini də həkk etməyiniz günlərdir müzakirə olunur. Fikir haradan gəlib?
- Narının şəklini çəkməyi özüm düşündüm. Çünki əlimdən gələn bu idi. Şairlər şeirləri, musiqiçilər bəstələri ilə duyğularını yansıdır. Sənət də bir növ özünüifadə şəklidir və ölümsüzdür. Mən də Narını ölümsüzləşdirmək, üzüntümü isə belə dilə gətirmək istədim.
- Çəkdiyiniz rəsm ictimailəşəndən sonra sizinlə əlaqə saxlayan olub?
- Dövlət rəsmilərindən maraqlananlar, soraq edənlər oldu. Kaymakam, şəkli çəkdiyim ərazinin kənd icma başçısı yazaraq, bəyəndiklərini bildirdilər. Həmin ərazi istifadə olunmayan yerdir. Mən Narının şəklini çəkdikdən sonra ərazidəki tör-töküntünü, səliqəsiz ağacları budayaraq, oranı ciddi səliqə-sahmana saldılar və mənim işimin bir növ sərgilənməsi, daha aydın görülməsi üçün önünü açdılar.
- Narın cinayətini yaxından təqib edirsiniz? Sizcə, kimdir günahkar?
- Cinayətlə əlaqədar gedişatı, sadəcə, sosial media və televiziyadan izləyirəm. İnşallah, cinayətkar ən ağır şəkildə cəzalandırılar. Ümumiyyətlə, hamılıqla təəssübkeşliyin önünə keçmək lazımdır. Bunu toplum olaraq bacarmalıyıq. Narını da Özgəcanın yanına buna görə həkk etdim. İstədim ki, hər kəs görsün, kədərlənsin, intizamlı fərdlər yetişsin. Narın və onun timsalında itirdiyimiz onlarla qızımıza, uşağımıza Allahdan rəhmət diləyirəm.
- Qızlarımız demişkən, Narın cinayəti Azərbaycanda Tovuzun kəndində qətlə yetirilən Nərmin cinayəti ilə müqayisə olunur. Hətta sizin işinizə "Bəs niyə Nərmini çəkmədin?" deyə tənqidi şərhlər də gəlib...
- Bəli, həmin şərhləri görmüşəm. Mən Naxçıvan şəhərinin Culfa rayonunun Kırna kəndində anadan olmuşam. 20 yaşımdan isə Azərbaycandan ayrılmışam. 12 ildir Türkiyədə yaşayıram. Burada rəsm müəllimliyi ixtisası üzrə bakalavr və magistr oxumuşam. Yəni illərdir Azərbaycandan uzaq olduğum üçün Nərmin qızımızdan, təəssüf ki, xəbərim olmayıb. Araşdırdım, öyrəndim və çox üzüldüm. Bununla əlaqədar gələcəkdə nəsə etməyi düşünəcəyəm. Ailəsinə Allah səbir versin. Əslində, heç istəməzdim ki, qızlarımızı bu şəkildə divara həkk edim. Onun əvəzinə güllər, çiçəklər, quşlar çəkə bilərdik. Allah mənə bir bacarıq verib. Duyğularımı da bu şəkildə ifadə edirəm. Təəssüf ki, bədniyyətli insanlar daim aramızda olub. İnşallah ən ağır cəzanı alarlar. Ümid edirəm, çəkdiyim rəsmlər bütün anaların diqqətini çəkər, oğlan uşaqlarını yaxşı yetişdirərlər. Çünki qızını qorumaq istəyirsənsə, oğlunu yaxşı yetişdirməlisən...
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir