İranın Livandakı səfirliyi İsrailin Hizbullah qalası adlandırdığı yerə - Beyruta intensiv zərbələr endirməsini pisləyib və Yaxın Şərqdə təhlükəli eskalasiya barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Arab Nyus” məlumat yayıb.
“Bu qınanılası cinayətdir... Oyun qaydalarını dəyişdirən təhlükəli eskalasiyanı ehtiva edir. İsrail lazımi cəzasını alacaq”, - deyə səfirlik bildirib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, zərbə müharibə cinayəti sayılır və buna görə həm İsrail, həm də ABŞ məsuliyyət daşımalıdır.
Qeyd edək ki, zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın məhv edildiyi iddiası yayılıb.
- Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?
- Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video
- Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan
- Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto
- Nikol hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - Şok
- Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi
- Pezeşkian Bakıdan qayıdandan sonra bu paylaşımı etdi
- Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman...