C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

10:52 - 12 Noyabr 2025 - GÜNDƏM

 C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür. Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Gəncədən qalxan və Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi haqda qeyd edib.

“Digər tərəfdən müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək. Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır. Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Bu xəbər hal-hazırda çox oxunur
Paraddan sonra təyyarənin qəzaya uğraması...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol