Azərbaycan gələn il idxal rüsumlarının azaldılacağı mal mövqelərinin sayını artırmağı planlaşdırır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ticarət və Xarici İnvestisiya Siyasəti Departamentinin Ticarət siyasəti şöbəsinin rəhbəri Həsən Əliyev Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in (ASM 2025) təqdimat seminarında bildirib.
Onun sözlərinə görə, ötən il hökumət 272 mal mövqeyi üzrə idxal rüsumlarının dərəcələrini azaldıb. Bunların əksəriyyəti istehsal prosesində istifadə olunan xammal və aralıq mallar təşkil edir.
"2026-cı ildə bu siyahının genişləndirilməsi və şirkətlərə xərcləri azaltmaqda dəstək göstərilməsi ilə bağlı böyük planlarımız var. Bu, onlara məhsulların keyfiyyətini artırmağa və qlobal bazarlarda öz mövqelərini möhkəmləndirməyə imkan verəcək", - H.Əliyev qeyd edib.
- Prezident fərman imzaladı
- Sabah 2 rayonda qaz olmayacaq
- İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı
- Bakının mərkəzində bu obyektlər sökülür - Foto
- Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
- Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...
- Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto