Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də müxtəlif rayonlara icra hakimiyyəti başçılarını təyin edərkən, onlara konkret tapşırıqlar verdi. Birincisi, dövlət başçısı bildirdi ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalı, iş adamlarına şərait yaratmalıdırlar. Prezident yerli istehsalın inkişafının həm məşğulluq məsələlərini təmin edəcəyini, həm də yerli istehsalı gücləndirəcəyini vurğuladı. İkincisi, yerli rəhbərlər bölgələrində turizmin inkişafına dəstək verməlidirlər. Üçüncüsü, dövlət başçısı yerli rəhbərlərə rayonlarındakı bütün kəndləri bir-bir gəzib, oradakı insanlarla təmasda olmağı tapşırdı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, yeni təyin olunan icra başçıları sələflərindən fərqli olaraq yeni iş yerlərinin açılmasına şərait yaratmalı, sahibkarlara dəstək verməli və kəndlərin tamamını gəzərək insanlarla daima təmasda olmalıdırlar:
“Noyabrın 12-də təyin edilən icra hakimiyyəti başçılarının Prezidentin konkret 3 tapşırığını rüb və ya il ərzində necə yerinə yetirəcəklərinin monitoriqini aparmaq mümkündür. Misal üçün Prezidentin bugünkü sərəncamları ilə təyin olunan icra başçılarından hansının bir il ərzində nə qədər sahibkara dəstək verəcəyini, nə qədər iş yeri açacağını və rayonun nə qədər kəndinə baş çəkəcəyini müəyyənləşdirmək çətin olmamalıdır”.
- Prezident fərman imzaladı
- Sabah 2 rayonda qaz olmayacaq
- İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı
- Bakının mərkəzində bu obyektlər sökülür - Foto
- Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
- Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...
- Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto