İsrail illərdir Hizbullahla bağlı kəşfiyyat məlumatları toplayır.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Hərəkatın gücü artdıqca, İsrailin onun üzvlərini izləmək imkanları yaxşılaşıb. Təl-Əviv kəşfiyyat əməliyyatlarının bir hissəsi olaraq peyklərdən, dronlardan və müxtəlif növ alətlərdən istifadə edib. Hətta İsrail ordusunda Hizbullah haqqında alınan məlumatları emal edən proqramların yazılmasına cavabdeh olan xüsusi bölmə var.
İllər ərzində İsrail kəşfiyyatı o qədər böyük məlumat bazası toplaya bildi ki, hava əməliyyatının ilk üç günündə döyüş təyyarələri Hizbullahla əlaqəli olduğu güman edilən ən azı 3000 hədəfi vurmağa cəhd göstərdi”, - nəşr bildirib.
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq