İranın rəsmi mediası bəyanat yayaraq, İranın Əsədi niyə dəstəkləmədiyini, o cümlədən niyə əsgər göndərmədiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda İŞİD-in güclənməsi və təhlükəsizliyin pisləşməsi ilə Suriya hökumətinin rəsmi olaraq kömək üçün İrana müraciət etdiyi xatırladılıb.
“Zaman keçdikcə terrorçular genetik mutasiya yaşadılar, zorakılıqdan əl çəkdilər və diplomatik mövqe tutdular. Suriya xalqı artıq terrorçularla mübarizədə Suriya ordusuna dəstək vermədi.
Suriya ordusunun da müxtəlif səbəblərdən, o cümlədən dini və iqtisadi zəiflikdən terrorçulara qarşı döyüşmək motivi yox idi.
Amma əsas dəyişiklik Bəşər Əsədlə oldu. Ali rəhbər Seyid Əli Xamenei 2024-cü il iyunun 10-da Əsədlə son görüşündə ona mühüm və əsaslı xəbərdarlıq etmişdi.
Bundan başqa, İran hələ Livanda müharibə başlamamışdan əvvəl Əsədə terrorçuların güclənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib, hətta lazımi tədbirləri təklif edib, lakin bu xəbərdarlıqlara məhəl qoyulmayıb.
Bu proses Əsədin devrilməsinin son saatlarına qədər davam etdi. İran rəsmilərinin Əsədlə danışıqlar aparmaq üçün ən yüksək səviyyədə təmaslar qurması Tehranın Dəməşqi gücləndirmək əzmini göstərdi, lakin Əsəd digər ərəb ölkələrinin və Qərbin vədlərinə arxalanaraq, strateji və ölümcül səhv etdi.
Bunu bilən İran Əsədi sona qədər razı salmağa çalışsa da, Tehran müdaxilə etməmək qərarına gəldi. Əsəd çox gec başa düşdü ki, düşmənlərinin vədləri boşdur”.
Qeyd edək ki, Bəşər Əsədin devrilməzdən bir gün öncə Xameneinin müşaviri ilə görüşdüyü haqda məlumat yayılmışdı.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın