Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının aparılması məqsədilə Serbiya Respublikasına səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Serbiya Respublikası müdafiə nazirinin köməkçisi cənab Predrag Bandiç tərəfindən qəbul edilib, daha sonra hər iki ölkənin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti təhlil edilib və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda 2024-cü il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.
Səfər proqramına əsasən, nümayəndə heyəti Serbiya Respublikasının Sülhməramlı Əməliyyatlar Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub.
Rəsmi fəaliyyətlərin sonunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.
- İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik
- Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub
- “Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor
- Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım
- İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident
- Əliyevdən Ermənistan açıqlaması: Məhdudiyyətləri götürdük...
- ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır
- Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto