Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - Video
Video
Foto
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“BUTA.TV” Lent.az-a istinadən xəbər verir ki, proses başa çatandan sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmə binasını tərk edib.
Onun görüntüləri əldə edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
“O qurum ləğv olunsun!” – Xoşqədəmdən sərt açıqlama