Ağır qəza - Maşın 2 yerə bölündü - FOTO
Foto
Gəncə-Samux yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, rayonun Sərkar kənd yolunda qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın işıq dirəyinə çırpılıb. Sürətin təsirindən avtomobil iki hissəyə bölünüb.
Sürücü 1984-cü il təvəllüdlü Hafiz Həsənov ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev






“O qurum ləğv olunsun!” – Xoşqədəmdən sərt açıqlama