“O qurum ləğv olunsun!” – Xoşqədəmdən sərt açıqlama
“Mətbuat Şurasının nə vaxt nüfuzu olub ki, indi də olsun?”
“BUTA.TV” xəbər verir ki, bu açıqlama ilə jurnalist Xoşqədəm Hidayətqızı çıxış edib.
O, qeyd edib ki, ilk yarandığı gündən bu quruma etiraz edib və onunla birlikdə bir neçə redaktor, jurnalist təşkilatı rəhbəri də var idi:
“Düzdür, sonradan onlar Əflatunun bayrağının altına keçdilər, amma mən bu günə qədər nə o təşkilatın qurultayına, nə də hansısa tədbirinə qatılmışam.
Heç bir fəaliyyəti olmayan qurumdur. Ləğv olunsa yaxşıdır. Ya da Mətbuat Şurasına bloqerləri cəlb etmək lazımdır ki, hörmətə minsin”.
Qeyd edək ki, bu gün jurnalistlərin IX qurultayı keçirilir. Qurultayda Mətbuat Şurasının yeni rəhbərliyi seçiləcək.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video