Çində satılan bəzi məhsulların Azərbaycanda bir neçə dəfə baha qiymətə təklif edildiyi iddia olunur. Çində yaşayan azərbaycanlı Zaur sosial şəbəkədə paylaşdığı videoda məhsulların qiymətlərini müqayisə edərək diqqətçəkən fərqlər nümayiş etdirib.

BUTA.TV xəbər verir ki, Çində yaşayan Zaur Azərbaycandan gələn sifarişlər əsasında məhsulları araşdırır, müxtəlif satıcıların təkliflərini müqayisə edir və daha sərfəli variantları müştərilərə təqdim edir. Müştəri təkliflə razılaşdıqda isə məhsulun sifarişi və çatdırılması təşkil olunur. Zaur bu xidmət müqabilində xidmət haqqı alır.

Onun paylaşdığı videoda bəzi məhsulların Çindəki satış qiymətləri ilə Azərbaycandakı onlayn satış platformasında göstərilən qiymətləri müqayisə edilir. Zaurun təqdim etdiyi nümunələrdə qiymət fərqinin 3, 4, hətta 5 dəfəyə çatdığı bildirilir.

Bu müqayisə Azərbaycanda məhsulların qiymətinin necə formalaşdığı ilə bağlı suallar doğurur. Eyni məhsulun müxtəlif bazarlarda bu qədər fərqli qiymətə təklif edilməsinə hansı amillər təsir edir?

Qeyd edək ki, qiymətləri müqayisə edərkən məhsulun keyfiyyəti, çatdırılma, gömrük ödənişləri, vergi və digər xərclər də nəzərə alınmalıdır. Zaurun göstərdiyi nümunələr isə konkret məhsullar üzrə qiymət fərqini əks etdirir və bütün bazar haqqında ümumi nəticə çıxarmaq üçün əlavə araşdırma tələb olunur.

“O qurum ləğv olunsun!” – Xoşqədəmdən sərt açıqlama “O qurum ləğv olunsun!” – Xoşqədəmdən sərt açıqlama