Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı dedikləri deportasiya faktının onun həyata keçirilməsinə rəhbərlik edən şəxs tərəfindən etiraf edilməsidir. 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edir ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. Və əlavə edir ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi.
“Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”, - o etiraf edir.
Bu etiraf hər şeydən öncə Ermənistanın mövcud hakimiyyətini çətin vəziyyətə qoyur. Rəsmi İrəvan iki məsələdə israrlı mövqe sərgiləyir:
- Sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə demarkasiya edilməsi;
- Deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışının qarşısını almaq.
Hər iki məsələ Qərbi Azərbaycan coğrafiyası ilə bağlıdır. İrəvan anlayır ki, sərhəd demarkasiya edilmədiyi müddətdə Ermənistanın hazırki əraziləri üzərində legitimlik problem olaraq qalacaq. Üstəlik azərbaycanlıların qayıdış hüququ SSRİ dövründə ermənilərə “bağışlanmış” əraziləri daim aktual olaraq saxlayır. İrəvanda hesab edirlər ki, azərbaycanlılar geri qayıdarsa, bu ərazilərin, xüsusilə Zəngəzur-Göyçə bölgəsinin Azərbaycana birləşdirilməsi, ən azı Ermənistandan ayrılması baş verə bilər. Rəsmi Bakının, eləcə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası yoxdur, hərçənd, ermənilərin qorxuları yaşadıqları ərazilərin onlara məxsus olmadığı reallığını anlamasından qaynaqlanır. Buna görə Paşinyan rəsmi Bakının ən yüksək səviyyədə irəli sürdüyü azərbaycanlıların öz evinə qayıdışı tələbindən müxtəlif bəhanələrlə imtina etməyə çalışır: bunu gah “ərazi iddiası” adlandırır, gah azərbaycanlıların deportasiya edilmədiyini deyir.
Ter-Petrosyanın yayılan etirafı Paşinyan hakimiyyətinin iddialarının Ermənistanda təkzib edilməsi deməkdir və danışıqlarda İrəvanın mövqelərini ciddi şəkildə zəiflədir.
Ter-Petrosyanın etirafı azərbaycanlı qaçqınların Cenevrə Konvensiyasına əsasən qayıdış hüququnun təmin edilməsində rəsmi Bakı tərəfindən əsaslı arqumentlərdən biri kimi istifadə edilə bilər.
- Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac yoxdur
- Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
- Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - VİDEO
- Azərbaycan bu seçkilərdə qələbə qazandı
- Anar Abdullayev həbs olundu
- “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
- Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım edib