Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərində gərginlik getdikcə artır. Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir. Bu doğru siyasət olmaqla yanaşı özündə müəyyən riskləri də ehtiva edir.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkə ilə münasibətlərdə Bakı təmkinli davranmağa çalışır:
“Rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır. Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir. İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərlərmi? Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoymuşuq. Müstəqilliyimizin ilk illərində Rusiya və İrandakı mərkəzlər ölkəmizin şimal və cənub bölgələrində təxribatçı fəallıqla yadda qalmışdılar. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə həmin təxribatların qarşısını ala bildi. Üstündən 30 il keçdikdən sonra Moskva və Tehran yenidən eyni siyasətdən istifadə edə, ölkəmizdə separatçı fəaliyyətləri körükləməyə çalışa bilərlər. Soydaşlarımızın təxribata uymayacaqlarına əmin olmaqla yanaşı düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq”.
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...