BƏƏ-nin daşınmaz əmlak sahəsində investisiya və developer şirkəti “Eagle Hills” Gürcüstanda sərmayə layihələri reallaşdıracaq.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, milyard dollarlıq layihələrdən biri Rustavi-Tiflis magistral yolu yaxınlığında yerləşən 590 hektar ərazidə həyata keçiriləcək.
Gürcüstanın “Business Media” nəşrinin yazdığına görə, həmin sahə Poniçala və Ağtəhlə kəndləri ərazisində yerləşir. Bura həmçinin Krtsanisi meşə parkı da daxildir və ərazi dövlət mülkiyyətindədir. Parkın mühafizə olunan ərazi statusu yoxdur və bu səbəbdən investora maneəsiz təqdim oluna biləcək.
Layihəyə əsasən, ərazidə villaların inşası, yaşıl zonaların, piyada infrastrukturunun yaradılması və Kür çayı üzərində “C” hərfi formasında körpünün inşası nəzərdə tutulub.
“Eagle Hills”in layihələrinin Gürcüstan hökuməti və BƏƏ-nin “EMAAR Group” şirkəti arasında bu yaxınlarda imzalanmış memorandum çərçivəsində həyata keçiriləcəyi bildirilib. Sənədə əsasən, şirkət Gürcüstana 6 milyard dollar həcmində investisiya yatıracaq.
Qeyd edək ki, Tiflis yaxınlığında yerləşən Poniçala qəsəbəsində (keçmiş adı Soğanlıq kəndi) və Qardabani rayonunun Ağtəhlə kəndində soydaşlarımız yaşayır.
- İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?
- “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
- Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur
- Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir
- Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...
- Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?