Dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsmi pasport qeydiyyatı olmayıb.
İddia olunur ki, o, əvvəllər Rusiya vətəndaşı olub, daha sonra həmin ölkənin vətəndaşlığından çıxıb və Azərbaycana qanunsuz yollarla gəlib. Həmçinin onun ölkədə heç vaxt rəsmi pasport qeydiyyatına düşmədiyi bildirilir.
Məlumata görə, bəzi hallarda kriminal aləmin üzvləri axtarışlardan yayınmaq və ələ keçməmək üçün bu cür üsullara əl atırlar.
İddiaya əsasən, Ceyhunun öldürüldüyü günədək rəsmi qeydiyyatı, qüvvədə olan şəxsiyyət vəsiqəsi və pasportu olmayıb.
Davada öldürülən Ceyhunun oğlu idmançıdır - Foto