Davada öldürülən Ceyhunun oğlu idmançıdır - Foto
Foto
Bakıda kütləvi davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, o, bir sıra beynəlxalq yarışların iştirakçısı və qalibi olub.
Perspektivli idmançılardan biri sayılır.
Xatırladaq ki, Ceyhun Mirağayevin qətlə yetirilməsi ilə nəticələnən hadisə Xətai rayonu, Əhmədli qəsəbəsindəki "Ab Hava" restoranında qeydə alınıb. 23 oktyabrda gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.
Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - VİDEO 18+