Ukraynadakı vəziyyətin dəyişməsi Cənubi Qafqazda da vəziyyəti dəyişəcək; özünü qalib hiss edən və Ukraynadakı müharibəyə daha bu qədər böyük qüvvə sərf etməyən Rusiya başqa cür davranacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan yerli mediaya müsahibəsində deyib.
“Lakin mən Rusiyanın postsovet məkanında, xüsusən də Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edəcəyini düşünmürəm. Məncə, bu, artıq mümkün deyil. Rusiyanın siyasətində dəyişiklik olacaq, ancaq bu dəyişiklik situativ olacaq, inqilabi yox. Eyni çaya iki dəfə girmək mümkün deyil. Dəyişikliklər olacaq, lakin onlar çox radikal ola bilməz”, - o bildirib.
İsgəndəryanın sözlərinə görə, Ermənistan və Azərbaycan konfiqurasiyasında qayıtmağa artıq heç bir yer yoxdur:
“Rusiyanın bu ölkələrə təsir etdiyi alətlər daha mövcud deyil. Dağlıq Qarabağın mövcudluğu Ermənistanla Azərbaycan arasında belə bir alət idi: Rusiyanın Ermənistana təsir etməsi üçün Azərbaycan, Azərbaycana təsir etmək üçün Ermənistan lazım idi. Arada isə bu vəziyyəti yaradan Qarabağ idi. Bütün bunlar hazırda yoxdur. Ona görə də Rusiyanın geridönüşünü təsəvvür etmək çətindir”.
- Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?
- Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı?
- Ramiz Mehdiyev həbs edildi - Təcili
- Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı
- Azərbaycan-İran sərhədi ilə bağlı yenilik
- Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh
- Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq
- Tramp Əliyev haqda: Onunla düşmən olmaq istəməzsiniz - Video