Sülhün bərqərar olunması və beynəlxalq hüququn möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə 2026-cı il Nobel Sülh Mükafatına layiq görülən Cənubi Afrikalı hüquqşünas Navi Pillay ABŞ Prezidenti Donald Trampın bu mükafatla bağlı iddialarına yumorla münasibət bildirib.

“BUTA.TV” xəbər verir ki, mükafatı qazandığı xəbərini Nürnberqdə insan hüquqları müdafiəçiləri ilə birgə olduğu zaman öyrənən Pillay zalda onu alqışlayan həmkarlarına zarafatla müraciət edib: “Bir az da alqışlasanız, bu mükafatı Trampla paylaşa bilərəm”.

Tədbir zamanı Qəzzada baş verən hadisələri “soyqırımı” kimi qiymətləndirən hesabatı üzərində işlədiyini xatırladan Pillay, bu addımına görə ona cəsarətli dediklərinə təəccübləndiyini bildirib: “Həqiqəti demək niyə cəsarət tələb etməlidir ki?”

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard Pillayın mükafat xəbərini aldığı anın görüntülərini sosial medianın “X” platformasında paylaşıb: “İnanılmaz bir andır. Navi Pillay Nobel Sülh Mükafatını qazandı. Hazırda Nürnberq Məhkəməsində bir yerdəyik. Bu mükafat üçün bundan daha güclü və mənalı bir simvol düşünə bilmirəm”.

Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ? Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ?