Türkiyədən husilərin hücumuna sərt - Reaksiya
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Abha şəhərlərindəki hava limanlarına qarşı həyata keçirilən hücumları pisləyib.
BUTA.TV xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
“Regional sülhü, təhlükəsizliyi və sabitliyi birbaşa hədəf alan bu terror aktlarını heç vaxt qəbul etmirik. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bölgənin sülh və təhlükəsizliyini təhdid edən terror hücumlarına qarşı durmaqda davam edəcəyik”, - Çelik əlavə edib.
Qeyd edək ki, ötən gün husilər tərəfindən Ər-Riyaddakı hava limanına edilən iki ayrı raket hücumu nəticəsində 3 mülki şəxs həyatını itirib.
Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi