Azərbaycanda yaşayan türk bloger Özgün Özdəmir İrəvana səfər edib.
BUTA.TV xəbər verir ki, bloger sosial şəbəkədə yaydığı videoda Bakıdan Qazaxa avtobusla getdiyini, Qırmızı Körpüdən Gürcüstana keçdiyini və buradan Ermənistana yollandığını bildirir.
O vurğulayıb ki, ermənilər avtobusda qondarma “erməni soyqırımı”na, Türkiyənin Ağrı dağına (ermənilər Ararat deyir) və Qarabağa həsr edilən hüznlü mahnılar, kliplər qoyur və turistləri bu mahnıları dinləməyə vadar edir.
Özdəmirin sözlərinə görə, erməni sərhədçilər türkcə bilirlər və ona giriş vizası üçün 30 min dram (təxminən 77 dollar) ödəməli olduğunu bildiriblər.
Türk bloger İrəvanın Respublika meydanında olub və burada “Anadır arzulara hər zaman, Qarabağ” mahnısını ifa edib.
Özdəmir həmçinin İrəvandan torpaq da gətirib və onu Qərbi Azərbaycandan olan dostlarına, həmçinin tanınmış bloger Kamran Razmovara hədiyyə edib.
Qeyd edək ki, İrəvanın mərkəzi meydanında Güney azərbaycanlıların “Qarabağ” ifası Ermənistanda panika ilə qarşılanmışdı.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik