Amerikada yerləşən Müharibə Tədqiqi İnstitutunun (ISW) Rusiya üzrə aparıcı eksperti Corc Barrosun hesablamalarına görə, Rusiya ordusunun itkilərinin miqyasında kəskin azalma olmasa, Ukraynaya qarşı müharibəni ən yaxşı halda 12-16 ay davam etdirə biləcək. Ancaq neftin qiymətinin kəskin ucuzlaşmasının bu müddətin daha da qısalmasına səbəb olacağına şübhə ola bilməz. “Rayffayzen Bank” (Raiffeisen Bank) analitiklərinin hesablamalarına görə, neftin qiyməti 50 dollar olsa, Rusiya büdcəsi 1.9 trilyon rubl, neftin qiyməti 45 dollara düşərsə, 3 trilyon rubl itirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibədə Rusiya ordusu Şimali Koreyadan aldığı artilleriya sursatlarından hədsiz dərəcədə asılı vəziyyətə düşüb:
“Orta hesabla Rusiya ordusunun təlabatının yarısını Şimali Koreya təmin edir. Lakin bəzi hərbi birləşmələrin Şimali Koreya sursatından asılılığı 100 faizə çatıb”.
Politoloq vurğulayıb ki, neftin ucuzlaşması İrandakı rejimin də sonu olacaq:
“Molla rejimi neftdən gələn gəlirlər olmadan nəhəng cəza aparatının işləkliyini təmin edə bilməz. Neft gəlirlərinin kəskin azalması sosial partlayışı da qaçılmaz edəcək. Tehranın nüvə proqramı ilə bağlı qısa zamanda anlaşma əldə olunmasa, İrana qarşı ABŞ-İsrail birgə əməliyatı da gerçəkləşə bilər.
İstənilən halda bölgəmiz çox böyük dəyişikliklər mərhələsinə qədəm qoyub. Bu proses Böyük Azərbaycan dövlətinin qurulmasının yolunu açacaq. Ancaq Güney Azərbaycana və Şimal torpaqlarımıza (Dərbənd) yönəlik torpaq iddialarının da olduğunu nəzərə alıb, hansı sürpriz və hətta xəyanətlərlə üzləşə biləcəyimizi müəyyən etmək məcburiyyətindəyik. Qarabağın işğalı zamanı üzləşdiyimiz sürpriz və xəyanətlərlə yenidən, həm də daha böyük miqyasda Güney Azərbaycanda üzləşə bilərik.
Bunun baş verməməsi və ya belə hallara hazırlıqlı olmağımız üçün yanlış təsəvvürlərdən azad olmaq lazımdır. Buna isə bir çox həqiqətlərin yazılması, müzakirə olunması ilə nail olmaq olar”.
- İrəvan Bakıdan cavab almayıb - Paşinyan
- İranı İsrail yox, neft vuracaq: Sərhədlər yenidən çəkilir?
- MOSSAD Hacızadəni öldürür, Tramp məcbur olur… - Şok ssenari
- Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək
- Saakaşvili Əliyevdən yazdı: O, təkcə regionun lideri deyil!
- İlham Əliyev fərman imzaladı
- Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video
- Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto