Babasının 1500 manatını oğurladı, həbs olundu
Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Orucov saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1500 manat pul oğurladığı, daha sonra isə rayon ərazisində 5 avtomobilin şüşələrini sındıraraq salonlarından maqnitofon və səs gücləndiricilərini taladığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər