Murad Ülkər “Azersun Holdinq”in rəhbərliyi ilə görüşdü
Türkiyəli iş adamı Murad Ülkər Bakıya səfəri çərçivəsində “Azersun Holdinq”in qonağı olub.
BUTA.TV xəbər verir ki, 2 günlük səfər çərçivəsində “Azersun Holdinq”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.
Səfər proqramı çərçivəsində Murad Ülkər üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.
Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azersun Holdinq” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holdinq” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş - Foto