BMT-nin hesabatlarına görə, 24 fevral 2022-ci ildən 30 sentyabr 2025-ci ilə qədər Ukrayna savaşında bu ölkənin 14 383 dinc sakini həlak olub, 37 541 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.
“Öldürülən və yaralanan əsgər sayı isə daha çoxdur. VSJ nəşri adını açıqlamadığı etibarlı mənbəyə istinadən bildirib ki, 24 fevral 2022-ci il tarixindən 2024-cü ilin sentyabrına qədər Ukrayna silahlı qüvvələri 80 min canlı qüvvə itirib, 400 min nəfər isə yaralanıb. Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərinin 1 milyondan çox olduğuna inanır.
Rusiyanın itkiləri qat-qat çoxdur. Ukrayna mənbələrinə inansaq, indiyə qədər savaşda 1 milyon 140 mindən çox rus əsgəri sıradan çıxarılıb.
Ancaq canlı qüvvə itkisi bununla da bitmir. Ukraynalıların və rusların görə bilmədiyi daha dəhşətli itki miqrasiya sahəsində yaşanır. Avropa Komissiyasının statistika agentliyi olan “Avrostat”ın məlumatına görə, indiyədək Ukraynadan Avropaya qaçanların sayı 4.34 milyon nəfərə çatıb. Onların böyük əksəriyyəti qadın və uşaqdır”, - politoloq bildirib.
Onun sözlərinə görə, Ukraynanın ən böyük problemi Avropada yaşanır:
“Kiyevə yetərli dəstək verməyən və açıq şəkildə “biz özümüzə gələnədək Ukrayna Rusiya ilə savaşmalıdır” deyən Avropa Birliyi ona sığınan ukraynalıların assimilyasiyası ilə məşğul olur. Hər halda bu iddianı biz yox, Mixaylo Ptuxa adına Demoqrafiya və Həyat Keyfiyyətinin Tədqiqatı İnstitutunun direktoru Ella Libanova irəli sürür. Libanova “Oboz” nəşrinə müsahibəsində bildirib ki, Avropanın bütün ölkələri birmənalı olaraq ukraynalı qaçqınların assimilyasiyasında maraqlıdırlar: “Tamamilə hamısı bunda maraqladır. Soydaşlarımız əhalisinin qocaldığı, işçi qüvvəsi çatışmazlığının yaşandığı Avropa ölkələrinə gedir. Onlar, təbii ki, xristiandırlar. Üstəlik, sülhsevər, zəhmətkeş, təhsillidirlər. Özləri ilə uşaqları da gətirirlər; miqrantların üçdə biri 18 yaşınadək uşaqlardır”.
Libanovanın iddiasına görə, məhz bu amillər işçi problemini həll etmək istəyən avropalıları Ukraynadan qaçıb gələn miqrantlara qarşı assimilyasiya siyasəti yürütməyə şövq edir.
Maraqlıdır ki, Avropanın fürsətdən istifadə edib assimilyasiyaya məruz qoyduğu ukraynalılar bu ölkənin ən məhsuldar və qaymaq insanlarıdır. Mixaylo Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru Aleksandr Qladun da bu faktı inkar etmir. Onun verdiyi məlumata görə, hazırda Ukraynada qalan əhalinin mühüm hissəsi pensiyaçıdır. Onların yaşı keçdiyindən müharibəyə aparılmırlar, bu da nəticə etibarilə Ukraynada təqaüdçülərin xüsusi çəkisinin xeyli artmasına gətirib çıxarıb və əlavə iqtisadi problemlər yaradır.
Ukraynanı tərk edənlərə gəlincə isə, Qladunun fikrincə, onlar əmək məhsuldarlığı olan və ya yaxın zamanlarda olacaq insanlardır: 18-64 yaş arası insanların təxminən 63%-i, eləcə də 18 yaşadək uşaqların təxminən 31%-i Ukraynanı tərk edib.
Ukraynalı demoqraflar onu da bildiriblər ki, Avropada özünə rahat iş tapan və yerli topluma qaynayıb-qarışan vətəndaşlar müharibə bitdikdən sonra da ölkələrinə qayıtmayacaqlar. Üstəlik, müharibənin nə zaman bitəcəyi də bəlli deyil. Qərbi Avropanın planlaşdırdığı kimi, müharibə 2030-cu ilə qədər davam etsə (Qeyd edim ki, Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kahl belə bir planlarının olduğunu rəsmən etiraf etmişdi), Ukraynanın həm cəbhə xəttində, həm də miqrasiya sahəsində itkiləri qat-qat artacaq. Libanovanın təxminlərinə görə, 2040-cı ilə qədər Ukraynanın 25-30 milyon əhalisi qalacaq.
O zaman növbəti sual ortaya çıxır: Bəs, müharibədə getdikcə qüvvəsi tükənən və savaşabilməz hala gələn Rusiya və Ukrayna sülh masasına oturduqdan sonra başlanması düşünülən quruculuq prosesinə kimlər qatılacaq? Əgər Avropaya sığınan və assimilyasiya prosesinə daxil olan ukraynalılar öz vətənlərinə qayıtmayacaqsa, müharibədən sonra bu ölkənin demoqrafik ehtiyacları necə təmin ediləcək?
Bir çox mülahizəyə görə, müharibə nəticəsində boşalan Ukraynaya Avropa ölkələrində məskunlaşan ipə-sapa yatmaz müsəlmanlar köçürülə bilər. Başqa sözlə, yüzillər boyu təkrarlanan böyük köçlər sayəsində demoqrafik kimliyi dəyişilən, Dəşti-Qıpçaqdan Ukraynaya çevrilən bu coğrafiya yenə növbəti qabıq dəyişikliyi ilə üz-üzə qala bilər.
Hərçənd Ella Libanova bu mülahizə ilə razılaşmır. Onun fikrincə, Ukraynaya əsla və əsla müsəlmanlar köçürülməyəcəklər. “Əgər Ukrayna bərpa olunarsa və böyük sərmayə qoyularsa, burada layiqli əmək haqqı və özünü həyata keçirmək üçün imkanların olacağı deməkdir, ona görə də buraya polyaklar köçüb gələ bilər”, - ukraynalı demoqraf belə deyib.
Ella Libanovanın bu əminliyinin hardan qaynaqlandığını bilmirəm. Mənə isə elə gəlir ki, Ukraynanın ukraynalılardan təmizlənməsinin mühüm səbəblərindən biri bu coğrafiyanı yenidən keçmiş halına qaytarmaq da ola bilər. Məlumdur ki, Ukrayna 10-cu əsrə qədər Xəzər xaqanlığının tərkibinə daxil idi. İslamiyyətdən əvvəl türklərin demək olar ki, böyük əksəriyyəti kimi, Xəzər xaqanlığının əhalisi də əsasən tenqriçilik dininə inanırdı. 7-ci əsrdə islam dini ortaya çıxınca bir tərəfdən müsəlmanların, digər tərəfdən Bizans xristianlarının təsiri altında qalan xəzərlər öz milli kimliklərini qorumaq üçün yeni din arayışına başladılar. 740-cı illərdə Xəzər xaqanı və hakim rütbələrdəki türklərin əksəriyyəti yəhudiliyi qəbul etdilər. Bəzi alimlər hətta Xəzər türklərinin bir çox Aşkenazi yəhudilərinin əcdadları olduğuna inanırlar. Bundan əlavə, xəzərlər dini tolerantlığın geniş şəkildə mövcud olduğu və tenqriçiliyin də sərbəst şəkildə yayıldığı bir cəmiyyət idi. Amma Qərbdən Bizansların, cənubdan İslam xilafətinin təzyiqləri altında zəifləyən Xəzər dövləti türklərin də daxili savaşları ilə sarsıldı və 969-cu ildə Kiyev knyazlığı tərəfindən yıxıldı. Əhalisinin böyük əksəriyyəti Avropaya köçdü.
İddialara görə, dünyanın aparıcı yəhudi lobbiləri sonuncu Ukrayna savaşı başlamamışdan əvvəl Xazar dövlətinin yenidən qurulması üzərində müzakirələrə başlamışdılar. Sionistlər tərəfindən “Səmavi Yerusəlim” adlı bir proje ortaya atılmışdı və projedə Avropa ölkələrindən, ABŞ və Rusiyadan milyonlarla yəhudinin Ukraynaya köçürülməsi nəzərdə tutulurdu. Türkiyəli yazar Mustafa Uzun qələmə aldığı “Ukraynada yeni bir yəhudi dövləti arzusu?” sərlövhəli yazısında bu barədə bildirir:
“Layihənin memarı kimi təqdim edilən bir şəxs iddia edir ki, Ukraynadakı yəhudi icmaları 2017-ci ildə genişmiqyaslı köçürmə hərəkatına başlayıb. Bu iddia İsrail, Rusiya, ABŞ və Avropa Birliyi ölkələrindən milyonlarla yəhudinin Ukraynaya köçürülməsini nəzərdə tutur. Lakin bu planın həyata keçirilməsinin mümkünlüyü və maliyyə resursları haqqında konkret məlumat məhduddur. Layihənin qlobal bank sistemləri və transmilli korporasiyalar tərəfindən dəstəklənəcəyi iddia olunur”.
Qısası, Ukraynanın yeni sakinlərinin yəhudilər ola biləcəyi də istisna deyil”.
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
- DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok