Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Solmaz Dadaş qızı Mahmudovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında öz əksini tapıb.
Bildirilib ki, həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Solmaz Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edilib ki, bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...
- Polis Masallıda əməliyyat keçirdi: 9 kq narkotik aşkarlandı
- Zubir “Qarabağ”dan ayrıldı
- Bölgələrdə leysan yağır, şimşək çaxır
- Xaçmazda iki ata övladını bıçaqladı
- Bakı metrosunda intervallar azaldılır, yeni hərəkət sxemi...
- Maşınını park edib getmişdi, başına iş gəldi - Video