Ötən il insan alveri qurbanı olan qadınlardan 33-ü Türkiyədə cinsi istismara məruz qalıb.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əks olunub.
Bildirilib ki, 2025-ci ildə müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı (qadınlar) Azərbaycan Respublikasının vətəndaşı olmaqla 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistan İslam Respublikasında cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib.
Qeyd edilib ki, onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunub.
Daha 16 qurban pеşə kurslаrınа yönəldilib, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə və 11 qurbanın ünvanlı sosial yardım almasında, 23 qurbanın isə аilələrinə qаyıtmasında köməklik еdilib.
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Qalmaqallı videoçarx silindi
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq