Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.
“BUTA.TV” xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.
Xəbəri rus dilində oxuyun: Новая разметка в центре Баку запутала водителей - ВИДЕО
Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır. Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı onlar üçün ayrılan yerdə dayana bilərlər".
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!