Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!