Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.
“BUTA.TV”nun məlumatına görə, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.
Bildirilib ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.
Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.
Göstərilən xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
Ziya Əmirxanlı
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!