“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.
“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən məsələdir”.
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq