18-22 may tarixlərində Bakı məktəblərində dərslər distant formada keçiriləcək.
“BUTA.TV” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, WUF13-ün keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi məsafədən həyata keçiriləcək.
Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.
Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.
Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin Əmrinə əsasən, Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə 18-22 may tarixlərində tətil olacaq.
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!