Qış transfer pəncərəsində “Qarabağ”dan ABŞ-nin “Kolambus Kru”ya keçən Azərbaycan yığmasının üzvü Nəriman Axundzadənin maaşı müəyyənləşib.
“BUTA.TV” xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Nəriman Axundzadə vergilərlə birlikdə 633 min 390 dollar (1 milyon 7 min 600 manat), vergilərsiz isə 550 min dollar (935 min manat) maaş alır.
Siyahıya isə Lionel Messi başçılıq edir. O, illik 28 milyon dollar maaş alır.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kru” ilə 3,5 illik müqavilə imzalayıb.

- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!