Türkiyədən idxal olunan, normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), "Tocura İlaç Sanayi Ve Ticaret A.Ş" müəssisəsinin istehsalı olan 3025 ədəd "Exnabet" əmtəə nişanlı, eləcə də "Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) "Alsa Lab SRL" müəssisəsinin istehsalı olan 3047 ədəd "Deluar Drops" bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində "Exnabet" məhsulunda Selen, A və E vitaminlərinin, "Deluar Drops" məhsulunda isə D3 vitaminin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video