Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın hadisəsindən sonra "Birmarket" platformasının işi artıq tam şəkildə bərpa olunub.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya şirkətdən bildirilib.
Qeyd edilib ki, hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər.
"Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik. Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq. Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək. Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik", - "Birmarket"in açıqlamasında bildirilib.
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq