"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində piyada zonalarının yaradılması istiqamətində işlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Layihəyə əsasən, paytaxtın iki əsas piyada zonası - "Atatürk" və "Antena" parkları bir-biri ilə birləşdirilir.
Qeyd edək ki, sözügedən ərazi əvvəllər piyadalar üçün çoxsaylı maneələrin və nizamsız parklanma yerlərinin mövcud olduğu məkanlardan biri olub. Həyata keçirilən layihənin məqsədi isə həmin ərazini piyadalar üçün rahat və təhlükəsiz şəhər mühitinə çevirməkdir.
Vurğulanıb ki, artıq Bakı sakinləri və şəhərin qonaqları maneəsiz şəkildə "Atatürk" parkından "Antena" parkına, oradan isə "Dədə Qorqud" parkına keçid edə biləcəklər.
Layihə çərçivəsində "Atatürk" parkının giriş hissəsində yaşıllıq zonası, oturacaqlar, uşaq meydançası və digər infrastruktur obyektləri yaradılacaq. Bununla yanaşı, ictimai nəqliyyat və ticarət obyektləri arasında rahat piyada əlaqəsi təmin olunacaq.
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq