Məşhur qlobal marka “McDonald’s” “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq.
Yeni “McDonald’s” klassik restoran formatı ilə yanaşı, “McDrive” və “McCafe” konseptlərini də təqdim edəcək. Bu isə təkcə ticarət mərkəzində olanlara deyil, həm də ərazidən ötənlərə bu məkanda “ayaq saxlamağa” - avtomobildən düşmədən sürətli xidmət almağa və dincəlib yola davam etməyə imkan verəcək.
“McDonald’s “Abşeron” TM Bakının ən böyük rayonu olan Qaradağda beynəlxalq “fast-food” markasının ilk restoranı olacaq. Yeni restoranın açılması ticarət mərkəzinin ziyarətçiləri və biznesinə buranı ünvan seçən sahibkarlar ilə yanaşı, sakinlər üçün də çoxdan arzulanan yenilikdir.
Yerləşdiyi ərazinin inkişafına töhfə vermək, əhalinin gündəlik xidmət, alış-veriş və istirahət ehtiyaclarını qarşılamaq məqsədilə “Abşeron” Ticarət Mərkəzi sahibkarlara, tanınmış markalara sərfəli imkanlar təklif edir. “Abşeron” Ticarət Mərkəzi sahibkarlığın inkişafına fürsət və müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir.
300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub.
“Abşeron” TM yalnız alış-veriş məkanı deyil, həm də artan müştəri axınına, geniş auditoriyaya və inkişaf edən kommersiya mühitinə çıxış imkanı verən nəhəng platformadır.

- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq