Məşhur aktyor Ceki Çanın yeni filmi ilk dəfə Mərkəzi Asiyada çəkiləcək.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) adlı filmin 4-cü hissəsinin çəkilişləri Qazaxıstanda və Azərbaycanda baş tutacaq.
Aktyor sözügedən filmdə məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Belə ki, həmin personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.
Qeyd olunub ki, rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsay olan filmin çəkilişləri iyul ayında başlayacaq. Bu film “Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur.
“Armour of God IV: Ultimatum”un 2027-ci ilin ikinci yarısında dünya üzrə nümayişi nəzərdə tutulub.
“Bu, qazax tərəfdaşlarla ilk layihəmdir, amma sonuncu olmayacaq. Mən əvvəllər orada film çəkməmişəm”, - Ceki Çan bildirib.



- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq