Türkiyə millisinin futbolçu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” klubu Asiya Çempionlar Liqasının qalibi olub.
“BUTA.TV” xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğuru möhtəşəm mərasimlə qeyd edərkən, Merih Demiralın meydana çıxışı xüsusilə diqqət çəkib.
Türkiyəli müdafiəçi çempionluq şənliyində meydana məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olub.
Onun bu seçimi azarkeşlər tərəfindən maraqla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, mahnının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aiddir. Mahnı bir çox ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə Azərbaycanın Xalq artisti Azərinin ifasında xüsusən məşhurdur.
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı