Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən BUTA.TV-a verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər və Gəncədə 16 m/s-dək güclənir.
Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib